Filippinin Palavan əyaləti sahillərində yanaraq külə dönən bərədən daha 30 nəfərin meyiti çıxarılıb.
"Yeni Sabah" xəbər verir ki, bununla da sentyabrın 9-da baş verən faciə nəticəsində ölənlərin sayı 35 nəfərə yüksəlib.
Bərə paytaxt Manila şəhərindən Palavana gedərkən alovlanıb. Gəmidə 130-dan çox sərnişin olub. Hazırda 54 nəfərin taleyi məlum deyil, 43 nəfər isə xilas edilib. pizza
Xilasedicilər yüksək temperatur və güclü tüstü səbəbindən gəminin içərisinə daxil olmaqda çətinlik çəkiblər.
Qeyd olunub ki, yanmış meyit qalıqları gəminin ekonom sinif üçün nəzərdə tutulmuş hissəsində aşkarlanıb. Polis ekspertləri qalıqları çıxarmaq və onların kimliyini müəyyənləşdirmək üçün araşdırma aparırlar./Oxu.az
Telegram kanalımız