Bu gün xalq artisti Flora Kərimovanın ad günüdür.
“Yeni Sabah” bu münasibətlə xalq artistini təbrik edib və doğum gününü necə keçirəcəyini öyrənib.
Sənətçi ad gününü təmtəraqlı qeyd etməyəcəyini bildirib: pizza hut
“Ad günümü keçirməyəcəyəm. Artıq neçə illərdir ki, ad günümü qeyd etmirəm”.
İfaçı yeni yaşında sənətində yeniliklərə imza atacağını deyib:
“Bu il sənətimdə yeniliklər də gözlənilir. Mən Ramalın aranjemanında “Beşinci fəsil”i yazdım. Dünən sözləri Sevinc Tofiqqızına və Qənirə xanıma aid mahnımı yazdırdım. Bundan başqa, Əli Gülbəyin gözəl bir mahnısı var, mənə ithaf olunan mahnıdı, onu yazmışam. İl ərzində başqa yeni mahnılar da gələcək. Maşallah, yeni işlərim çoxdur. Hələ ki, səsim səslənir. İnşallah, Qarabağda mahnılar səsləndirərik”.
Əsmətxanım
Telegram kanalımız