Fransa sahillərində dişləyən balıq peyda oldu

saytların hazırlanması

Evə çatdırılma

Fransa sahillərində dişləyən balıq peyda oldu

Dünya

11 Avqust 2022 16:42 1320


Fransada hökm sürən quraqlıq və meşə yanğınları çimərliklərdə “dişləyən balıqlar” çaxnaşması yaradıb.

Yenisabah.az xəbər verir ki, iqlim dəyişikliyi ucbatınadn sahillərinə üz tutan sotira balıqlarının çoxalma mövsümü yay aylarına təsadüf etdiyi üçün aqressivləşə və insanlara hücum edə bilirlər.

Fransa Rivyerası ilə Bretoniya bölgələri başda olmaqla, bir çox sahil bölgəsində istirahət edənlər dənizdə çimərkən dişləndiklərini bildiriblər. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Şimali Amerika mənşəli sotira bu bölgələrdə görünməyə və insanları dişləməyə başlayıb. Toyuqlu pizza

Okeanoloq Paskal Romans “France 3” televiziyasına açıqlama verərək bildirib ki, sotira insanlardan qorxmur. "Onu gördükdə qaçın, çünki dərinizdən yapışarsa, qopmayacaq”.

Qeyd edək ki, tikanlı, sərt pulcuqları olan balığın üstdə 14, altda isə 8 dişi var. Bu baxımdan təhlükəli olsa da, sotiranın əti çox dadlı və xeyirlidir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!