Fransız aktyor seksual qısnamada təqsirli bilindi

saytların hazırlanması

Evə çatdırılma

Fransız aktyor seksual qısnamada təqsirli bilindi

Şou

13 May 2025 13:36 289


Paris məhkəməsi aktyor Jerar Depardyeni seksual qısnama işində təqsirli bilib.

Yenisabah.az BFMTV-yə istinadla xəbər verir ki, təqsirləndirilən şəxsə 18 ay şərti həbs cəzası verilib.

Məhkəmə qeyd edib ki, cəza təyin edilərkən aktyorun yaşını - 76 yaşı olduğunu və səhhətinin vəziyyətini nəzərə alıblar. pizza

Məhkəmə iclasında Depardye iştirak etməyib.

Kino ulduzunun vəkili Ceremi Assu daha əvvəl Depardyeyə qarşı irəli sürülən ittihamların yalan olduğunu bildirib. Prokuror onun barəsində 1 il yarım şərti cəza istəyib. Məhkəmə mart ayından davam edir.

Depardyeyə qarşı iş 2 qadının iddia ərzisəsi ilə qaldırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!