Messi 1000-ci qola bir addım da yaxınlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Messi 1000-ci qola bir addım da yaxınlaşdı

İdman

02 Noyabr 2026 14:14 135


MLS çərçivəsində keçirilən matçda "İnter Mayami" səfərdə "Nyu İnglend Revolyuşn" klubunun qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində meydan sahibləri üstünlüyü ələ alıblar. 53-cü dəqiqədə İlay Feynqoldun ötürməsini qola çevirən Daniel Qazdaq hesabı açıb və komandasını önə keçirib (1:0). Lakin ikinci yarıda səhnəyə dünya futbolunun əfsanəsi Lionel Messi çıxıb. 69-ci dəqiqədə Messinin ötürməsini qola çevirən Herman Berterame hesaba tarazlıq gətirib (1:1). Matçın sonlarına doğru – 83-cü dəqiqədə Telasko Seqoviyanın asistentliyindən yararlanan Lionel Messi özü fərqlənərək "İnter Mayami"yə qələbəni gətirən qola imza atıb (1:2). Toyuqlu pizza

Bu matçla birlikdə karyerasındakı qollarının sayını 937-yə, məhsuldar ötürmələrinin sayını isə 428-ə çatdıran Messi möhtəşəm performansını davam etdirərək komandasına növbəti vacib 3 xalı qazandırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!