TRIPP-in icrasına artıq başlamışıq - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

TRIPP-in icrasına artıq başlamışıq - Baş nazir

Dünya

02 Noyabr 2026 12:16 103


"Ermənistan hökuməti artıq "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsinə başlayıb".

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bunu dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komitələrinin birgə iclasında açıqlayıb.

"Ermənistan hökuməti, əlavə proseslər təşkil olunmazdan əvvəl belə, öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil və elektrik xətləri üzrə layihələndirmə işlərinə başlayacaq. Biz vaxt itirmək istəmirik. TRIPP inkişaf şirkəti yaradılan kimi Ermənistan hökuməti tamamlanmış işləri ona təhvil verəcək", - deyə Baş nazir qeyd edib. Marqarita pizza

Paşinyan əlavə edib: "TRIPP layihəsi nəticəsində Ermənistanın bütün istiqamətlərdə - həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində maneələrin aradan qaldırılacağı dəqiq və birmənalı şəkildədir. Lakin bütün bu istiqamətlərdə maneələrin aradan qaldırılması bütün infrastrukturun TRIPP layihəsinin bir hissəsi olacağı anlamına gəlmir. TRIPP layihəsinə Nrnadzor-Karçevan dəmir yolu, eləcə də elektrik xətləri və avtomobil yolu daxil olacaq. Qaz və neft boru kəmərləri məsələləri daha sonra müzakirə olunacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!