İranla sərhəddə PUA-lar vuruldu

saytların hazırlanması

Evə çatdırılma

İranla sərhəddə PUA-lar vuruldu

Kriminal

02 Noyabr 2026 13:05 116


Azərbaycanın dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib. pizza

Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!