Rusiya hələ Türk Dövlətləri Təşkilatına (TDT) qoşulmaq üçün rəsmi dəvət almayıb.
"Yeni Sabah" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiyanın TDT-də iştirakını məqsədəuyğun hesab edib: pizza mizza
"Başa düşdüyüm qədəri ilə rəsmi dəvət olmayıb, amma əlbəttə ki, bu mövzu, o cümlədən Astana ilə, Astanadan olan dostlarımızla əlaqələrimizin gündəliyində mütləq olacaq. Rusiyanın Türk Dövlətlərinin Təşkilatında iştirakına gəldikdə, bilirsiniz ki, Rusiyada xalqları tarixən türk olan bir sıra regionlar var. Ona görə də, əlbəttə, bu, tamamilə başa düşülən və məqsədəuyğun olardı. Məhz ayrı-ayrı Rusiya regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı".
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilmiş sammitində Rusiyanın təşkilata üzv və ya müşaidəçi qismində qatılmasını təklif edib.
Telegram kanalımız