Sentyabrda rekord daxilolma: Büdcəyə 646 milyon manat vəsait yönəlib

saytların hazırlanması

Evə çatdırılma

Sentyabrda rekord daxilolma: Büdcəyə 646 milyon manat vəsait yönəlib

İqtisadiyyat

02 Noyabr 2026 13:14 89


2026-cı ilin yanvar-sentyabr aylarında gömrük və vergi xətti ilə dövlət büdcəsinə 4 milyard 973 milyon 263,7 min manat vəsait daxil olub.

“Yeni Sabah” xəbər verir ki, daxilolmaların tərkibində ən böyük pay Əlavə Dəyər Vergisi (ƏDV) və Gömrük rüsumlarının payına düşür. Təkcə ƏDV daxilolmaları 3 milyard 442,2 milyon manat təşkil edərək ümumi yığılan vəsaitin 69,2%-ni təmin edib. Gömrük rüsumları üzrə büdcəyə 1 milyard 309,1 milyon manat (26,3%), aksiz vergisi üzrə 178,6 milyon manat (3,6%), yol vergisi üzrə isə 43,2 milyon manat (0,9%) daxil olub.

İlin 9 ayı ərzində daxilolmalarda ən yüksək göstərici sentyabr ayında qeydə alınıb. Həmin ay büdcəyə 646,4 milyon manat vəsait yönəlib. Bu dövrdə hem gömrük rüsumları (172,3 mln. manat), hem də ƏDV daxilolmaları (443,3 mln. manat) ilin ən yüksək həddinə çatıb. Ən aşağı göstərici isə bayram tətilləri və iş günlərinin azlığı fonunda mart ayında (426,9 milyon manat) müşahid olunub. Aprel (622,6 mln. manat) və iyun (609,5 mln. manat) aylarında isə yenidən kəskin artım qeydə alınıb. pizza mizza

Büdcə daxilolmalarında diqqətçəkən digər maraqlı məqam yol vergisi üzrə göstəricilərdir. İlin birinci yarısında aylıq 3,5–4,4 milyon manat arasında dəyişən yol vergisi daxilolmaları yay aylarında – turizm və səfər aktivliyinin pik həddə çatdığı dövrdə kəskin yüksəlib. May ayında 3,49 milyon manat olan yol vergisi daxilolmaları iyulda 5,7 milyon manata, avqust ayında isə ilin maksimumuna – 7,55 milyon manata çatıb. Bu da ilin əvvəli ilə müqayisədə təxminən 2 dəfəyə yaxın artım deməkdir. 

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!