“Gecələr yatmıram” – Məhkəməsi yenicə bitmiş Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Gecələr yatmıram” – Məhkəməsi yenicə bitmiş Xalq artisti

Şou

19 Aprel 2025 12:40 430


"Artıq shər şeyi unutmuşam. Həyatımın ən xoşbəxt günlərini yaşayıram. Öz fəaliyyətimə davam edirəm. Bu gün də toydayam, sabah da. 50 ildə bir dəfə başıma hadisə gəldi. Bu da Allahın bir imtahanı idi".

Yenisabah.az kult.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Ağadadaş Ağayev deyib.

O, "Medera Hospital"da baş verən insidentlə bağlı məhkəmə hökmündən sonrakı fəaliyyəti barədə bildirib: Sezar pizza

"Bu günlərdə bir neçə əsər yazıb, hazırlamışam və onları xalqıma təqdim edəcəyəm. Ordumuzun bütün zabitlərini tərənnüm edən bir mahnı hazırlamışam - "Mənim zabitim". Sözləri Zahir Abbasa, musiqisi isə mənə məxsusdur. Yaxın zamanda bu əsəri ifa edəcəyəm".

A.Ağayev bildirib ki, yaradıcılıq ona yaşamaq üçün motivasiya verir:

"Gecələri demək olar ki, yatmıram, yazıram - xoşuma gəlir. Ruhum bu dəqiqə yazıb-pozmağı tələb edir. Çünki mənim millətimə, dövlətimə borcum var. Onları yerinə yetirmədən yaşaya bilmirəm. Bu da məni səbirsizləndirir və bir an öncə əsərlərimi cəmiyyətə çatdırmaq istəyirəm".

Qeyd edək ki, Ağadadaş Ağayev Binəqədi rayonunda yerləşən "Medera Hospital"dakı insidentə görə uzun müddət müzakirə obyekti oldu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!