Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.
“Yeni Sabah” xəbər verir ki, bu münasibətlə ictimaiyyət nümayəndələrinin və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə mərkəzin iş fəaliyyəti haqqında təqdimat keçirilib.
İcra hakimiyyətinin başçısı İbrahim Mustafayev bildirib ki,vətəndaşların müraciətlərinə baxılması, onların qəbul edilməsi, dinlənilməsi, hər bir müraciətə həssas münasibət göstərilməsi, müraciətlərin mahiyyəti üzrə qərarların qəbulu, eləcə də açıqlıq, işgüzar mühit, rayon icra hakimiyyətini vətəndaşların etimad ünvanına çevirmək və vətəndaş məmnunluğunu yüksəltmək məqsədilə Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlər asanlaşdırılıb. Pepperoni pizza
Mərkəzdə Mülki Məcəlləsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması məqsədilə vahid mərkəz yaradılıb. Mərkəzdə rayon icra hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işçi olmaqla, cəmi 7 nəfər daim xidmət göstərəcək. Burada sənədlərin qəbulu və verilməsi, memarlıq və tikinti, hüquq, sosial-iqtisadi, humanitar, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri ilə bağlı xidmətlər göstərilir.
Mərkəzdə yaradılan şərait sənədlərin aşkarlıq şəraitində qəbul edilməsini, vaxt itkisinin, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını, həmçinin vətəndaşın eyni vaxtda vahid məkanda rayon icra hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edir.
Telegram kanalımız