Gəncədə ər arvadını bıçaqladı
03 Avq 2020 22:19
306

Gəncədə ər arvadını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı üç bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər