“Gənclər Tamaşası” layihəsinə start verilir

saytların hazırlanması

Evə çatdırılma

“Gənclər Tamaşası” layihəsinə start verilir

Sosial

21 Fevral 2019 15:43 878


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər Tamaşası” layihəsi keçirilir.

“Yeni Sabah” xəbər verir ki, layihə çərçivəsində 23 fevral 2019-cu il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqını böyük səhnəsində UNEC-in Yaradıcılıq Mərkəzinin yaradıcı tələbələrin və gənc rejissorların iştirakı ilə vətənpərvərlik mövzusunda hazırlanmış “Xəyalpərvər..” adlı tamaşa  oynanılacaq. Tamaşaya giriş sərbəstdir.

“Xəyalpərvər...” tamaşasının süjeti fantosmoqrafikdir.Tamaşada Qarabağ müharibəsi qəhrəmanlarının daxili aləmi, torpağa bağlılığı ruhi kontekstdə verilir.  Dominos pizza

Tamaşa Xocalı soyqırımının 27-cı ildönümünə  həsr olunub. 

Tamaşanın quruluşçu rejissour Vahid Orucoğlu, rejissor assistenti Nicat Tarverdili, səs rejissoru Azər Məhərrəmov, dramaturq Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!