Gizli fəaliyyət göstərən daha bir tədris mərkəzi aşkarlandı
01 İyn 2020 12:32
628

Gizli fəaliyyət göstərən daha bir tədris mərkəzi aşkarlandı

Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş  Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school”  uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. F. Əliyev  və mərkəzin digər əməkdaşları barədə  qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gizli fəaliyyət göstərən daha bir tədris mərkəzi aşkarlandı
Gizli fəaliyyət göstərən daha bir tədris mərkəzi aşkarlandı

Oxşar xəbərlər