Tolstoy Ermənistanı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Tolstoy Ermənistanı hədələdi

Dünya

26 May 2026 16:50 108


Ermənistan vətəndaşları üçün qeydiyyatsız uzunmüddətli yaşayış icazələri və Rusiyada sadələşdirilmiş iş icazələri ləğv edilə bilər.

“Yeni Sabah” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy bildirib.

“Hazırda Rusiyadan uzaqlaşmağa çalışanların hamısına xəbərdarlıq etmək istərdim ki, Rusiya uzaqlaşma başlasa, Ermənistan üçün daha pis, daha ağır olacaq. Ermənistan vətəndaşları üçün mövcud güzəştlər, məsələn, Rusiya Federasiyasında qeydiyyatsız uzunmüddətli yaşayış və sadələşdirilmiş iş, ölkənin strateji müttəfiq statusuna əsaslanır", - deyə Tolstoy Dövlət Dumasında keçirilən dəyirmi masada qeyd edib. Marqarita pizza

"Əgər bu status artıq qüvvədə deyilsə və ya nədənsə Ermənistan siyasi rəhbərliyinin təşəbbüsü ilə yenidən baxılarsa, təbii ki, bu cür imtiyazlar ləğv ediləcək və Ermənistan vətəndaşları bizim ümumi rejimə - bütün əcnəbilərə şamil edilən miqrasiya rejiminə tabe olacaqlar", - deyə o əlavə edib.

Tolstoyun sözlərinə görə, Ermənistan xalqı vəziyyətin necə inkişaf edəcəyinə qərar verməlidir.

O qeyd edib ki, Dövlət Dumasının sədr müavini kimi o, Ermənistanla münasibətlərə nəzarət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!