Günel: “Atama heç vaxt halallıq verməyəcəm“

saytların hazırlanması

Evə çatdırılma

Günel: “Atama heç vaxt halallıq verməyəcəm“

Şou

31 Oktyabr 2022 22:46 1427


Müğənni Günel Ələkbərova şəxsi həyatı barədə danışıb.

Sənətçi "Ümid ilə gəl" verilişində atasıyla münasibətdən bəhs edib. O, valideyninə halallıq vermədiyini bildirib:

"Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl halallıq ver. Getmədim, heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də inşallah Allah məni onunla qarşı-qarşıya qoyar, mən də hesabatımı istəyərəm. Çünki, mənim öz atam yanımda olsaydı, həyətın bəzi üzlərini görməzdim. Ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa... Siz mənim yerimdə olsaydınız, verərdiniz? Heç vaxt da vermərəm". (Axşam.az) Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!