Gürcüstanda ötən sutka 10 nəfər koronavirusdan ölüb
26 Fev 2021 13:21
162

Gürcüstanda ötən sutka 10 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 337 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  270 137, ölənlərin sayı isə 3 485 nəfərə çatıb.

Virusa yoluxanlardan 264 047 nəfər sağalıb.

Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiqlənməsindən 1 il ötür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər