Hadı Rəcəbli mülklərinin siyahısından danışdı: “O adam öz taleyi ilə oynayır”

saytların hazırlanması

Evə çatdırılma

Hadı Rəcəbli mülklərinin siyahısından danışdı: “O adam öz taleyi ilə oynayır”

Siyasət

24 Fevral 2019 23:02 2992


Son günlər Milli Məclisin deputatı Hadi Rəcəblinin müsahibəsi ictimaiyyətdə narazılığa səbəb olub və sosial şəbəkələrdə deputatın "Ailədə iki nəfər iki ayrı yerdə işləsə, 180 manatla dolanmaq olar" fikri tənqid olunub. Həmçinin sosial şəbəkələrdə deputata məxsus olduğu iddia edilən obyektlərin siyahısı yayımlanıb.

“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo-ya açıqlama verən millət vəkili barəsində yazılanların tamamilə cəfəngiyat olduğunu və heç bir fakta söykənmədiyini bildirib:

"Bunlar tamamilə yalandır. Keyfiyyətsiz bir adamın yazdığı materialdır. Bu haqda mətbuatda daim təkziblər gedib. Həmin siyahını kimin yayımladığını da yaxşı bilirik. O adam öz taleyi ilə oynayır. Hansısa məqamda gərək cavab verə. Mən artıq 50 ildir siyasətdəyəm. Hamı da çox yaxşı tanıyır. Əgər elə bir şey olsaydı, məni məsuliyyətə cəlb edərdilər. İkincisi də "Real TV"yə verdiyim müsahibənin həmin hissəsi tamamilə təhrif olunub. Belə olmamalıdır. Fikirlər təhrif olunmasa yaxşıdır. Dövr elə dövrdür ki, insanlar qıcıqlanır. Bir az diqqətli, ehtiyatlı olmaq lazımdır. Hadı Rəcəblinin adı ilə ağızlarına gələni yazıblar. Buna Lənkəran camaatı gülür. Mənə deyilən söyüşlərin hamısı geri qayıdır. Mənim tövsiyyəm odur ki, mətbuat bir az obyektiv olsun. Xalq kütlə psixologiyasına uymasın". pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!