Dəfələrlə qalmaqallı açıqlamaları ilə gündəmə gələn millət vəkili Hadı Rəcəblinin son açıqlaması yenidən onu diqqət mərkəzinə gətirib.
“Yeni Sabah” xəbər verir ki, deputatın 180 manatla dolanmağın mümkün olması haqda iddiası etirazla qarşılanıb. H. Rəcəbli həmin fikri belə ifadə edib: “Mənə sual verə bilərlər ki, Hadi müəllim, insan 180 manatla dolana bilərmi? Əlbəttə ki, çətin olar. Ancaq ailədə 2 nəfər işləyəndə, adam iki yerdə çalışanda dolanmaq olar. Doğrudur, burada çətinliklər var və biz də onu qəbul edirik. Amma bu o demək deyil ki, sən əvvəlkini yaddan çıxarmalısan. Əvvəl 130 manat idi, indi 180 manat oldu. Gərək bunu da başa düşəsən”.
Qeyd edək ki, bu açıqlamanın ardınca millət vəkilinin əleyhinə tənqidlər səslənməyə başlayıb. Və paralel olaraq onun var-dövlətinin, biznesinin siyahısı açıqlanıb. Həmin siyahını təqdim edirik: Pepperoni pizza
1. "DNS" Komputers şirkəti ( 7 mağaza)
2. Nizami küçəsində brend geyimlər mağazası (2 mağaza)
3. Sahil metrosunun yaxınlığında 3 ticarət obyekti (arendaya verib)
4. "Lənkəran" şadlıq sarayı
5. Lənkəranda YDM (yanacaqdoldurma məntəqəsi)
6. "Palıdlı sahil" istirahət mərkəzi
7. Lənkəranda istirahət-sağlamlıq sanatoriyası
8. "Palıdlı" Hotel
9. Lənkəranda univermaq, 5 mağaza
10. Bakı şəhəri H.Cavid prospektində 2 mənzil
11. Badamdarda villa
12. Lənkəranda villa
13. Lənkəranda hektarlarla torpaq sahələri
14. Novxanıda villa
15. Qızı bağçalar şəbəkəsinin sahibidir
16. Oğlu Tural biznesini idarə edir
17. Digər oğlu Vüsal Rəcəbli "Həyat" Beynəlxalq Humanitar Təşkilatının prezidentidir, milyonlarla dotasiyaları öz cibinə doldurub
18. Banklarda milyonlarla sığortalı pul kütləsi, əmanət
19. Digər qızı klinika rəhbəridir ( o da deputat gəlinidir)
20. Nizami küçəsində 4 otaqlı mənzil və s...
Telegram kanalımız