Hadı Rəcəbliyə rəqəmlərlə cavab: “Belə deputatın qafası...”

saytların hazırlanması

Evə çatdırılma

Hadı Rəcəbliyə rəqəmlərlə cavab: “Belə deputatın qafası...”

İqtisadiyyat

23 Fevral 2019 17:43 2628


İqtisadçı Qadir İbrahimli millət vəkili Hadı Rəcəblinin “ailədə 2 nəfər işləyəndə və üstəlik də adam iki yerdə çalışanda 180 manatla dolanmaq olar” açıqlamasına cavab verib.

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı rəqəmlərlə cavab verərək millət vəkilinin fikirlərinin nə qədər məntiqsiz olduğunu izah edib: “Orta statistik Azərbaycan ailəsini götürək - ər-arvad, 2 azyaşlı uşaq. Ərin də, arvadın da maaşı 180 manatdr. Aylıq büdcələri 360 manat. Bu məbləğ yalnız ər-arvadın minimum ehtiyaclarını təmin etmək üçün yetərlidir, uşaqların yaşayış minimumu 160 manatdır. Yəni uşaqları böyütmək üçün ailə zəruri 320 manatı başqa işlərdə çalışıb əldə etməlidir. Rəcəblinin məntiqinə görə, ər-arvad 8 saat dövlət işində çalışdıqdan sonra əlavə 8 saat da özəl sektorda çalışmalıdır. Yəni sutkada 16 saat. Ər və arvad sutkada 16 saat işləməklə Azərbaycan ordusunun gələcək əsgərini, Azərbaycan dövlət büdcəsinin vergi ödəyicisini böyütməlidir. Bu həm konstitusiyaya, həm də əmək qanunvericiliyinə ziddir. Hələ mənəvi-etik tərəflərinə toxunmuram, çünki bu dəyərlər saxta deputatlara yaddır.

Yeri gəlmişkən, Hadı Rəcəblinin maaşı 1980 manatdır. Bu məbləğin yarısı qədər də (990 manat) aylıq müavinət alır. Yəni Rəcəblinin rəsmi aylıq gəliri 2 min 970 manatdır. Bu minimum əmək haqqından (180 manat) 16,5 dəfə, orta aylıq əmək haqqından (540 manat) 5,5 dəfə yüksəkdir. Söhbət yalnız rəsmi gəlirlərdən gedir, imtiyazlı biznesin böyük məbləğli gəlirlərini demirəm. Seçiciləri qarşısında hesabat verməyən və onların səsindən asılı olmayan deputatın qafası bundan artıq işləyə bilməz!”. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!