Sentyabrın 17-si günorta saatlarından başlayaraq ayın 19-na qədər Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, xəbəri Ekologiya Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yayıb.
Qeyd edilən dövrdə Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s-dək, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntılar intensiv olacaq. pizza hut
Ölkənin rayonlarında da yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Qərb küləyinin gücü 25-30 m/s-yə çatacaq.
Böyük və Kiçik Qafqazın dağ çaylarında daşqın və sel gözlənilir.
Telegram kanalımız