Həbsdə olan jurnalistin anası Prezidentə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan jurnalistin anası Prezidentə müraciət etdi

Sosial

16 Yanvar 2023 12:48 771


Həbsdə olan jurnalist Sənan Abdullayevin (Həsənoğlu) anası Solmaz Kazımova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, S. Kərimova müraciətində oğlunun 30 ilə yaxındır ki, ölkəmizin müxtəlif KİV-lərində çalışdığını və hər zaman dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna sadiq olduğunu bildirib:

“Sənan 1993-cü ildən 2003-cü ilədək "Ədalət", "Odlar yurdu",  "Soydaş" və başqa kütləvi informasiya vasitələrində reportyor olaraq, 2003-cü ildən 2020-ci ilədək isə "SPACE" , "ATV" və "AZTV"-nin Qarabağda bölgə müxbiri kimi fəaliyyət göstərərək mərkəzçi mövqeyini sərgiləyərək dövlətçiliyə xidmət edibdir. Çünki onun atası  Həsən Abdullayev də dövlətə və dövlətçiliyə sadiq, Heydər Əliyev ideyalarına dərin inamı olan şəxsiyyət olaraq tanınıbdır.  pizza hut

2016-cı ilin aprel döyüşləri zamanı "AZTV"nin Qarabağ bölgə müxbiri kimi, onun peşəkarlığı ali hərbi komandanlıq tərəfindən fəxri diplomla qiymətləndirilib. 44 günlük Zəfər müharibəsi zamanı isə Sənan Abdullayev rəsmi olaraq ölkəmizdə fəaliyyət göstərən internet televiziyalarının savaş müxbiri kimi Müzəffər Ordumuzun Ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında, rəşadətli qələbə xəbərlərini yaymaqla öz peşə borcunu layiqincə yerinə yetirib. Onun anası kimi mən də ömrümün 40 ilini əmək fəaliyyəti ilə məşğul olmaqla övladlarımı zəhmətlə və qayğıkeşliklə böyütmüşəm.

Cənab prezident İlham Əliyev, Hörmətli Mehriban Xanım:

Əksər insanlar kimi mənim övladım Sənan Abdullayevin də bir insan kimi günahı var və biz bunu inkar edə bilmərik. Amma onun günahları ucbatından həbsdə yatması bu gün - sabah öləcək ananın tabutunu oğulsuz qoymamalıdır. 

Mənim 70 yaşım var. Yaşımdan irəli gələn ağır xəstəliklərim var. Sənanın 3 övladı və 2 nəvəsi var. Demək olar ki, ailəsinin maddi durumu acınacaqlıdır. Sənan 2-ci tip kardioloji xəstədir, ikinci qrup gözdən əlildir, ürəyində 7 stenti var və ağır şəkər xəstəsidir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Sənan Abdullayev, Gəncə Ağir Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və artıq 18 aydır ki, həbsdədir. Sizdən övladımın əfv edilməsini xahiş edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!