Həbsxanaya göndərilən bayram sovqatından görün nə çıxdı?! -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanaya göndərilən bayram sovqatından görün nə çıxdı?! - FOTO

Kriminal

17 Mart 2026 16:56 569


İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Yeni Sabah”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və  psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. pizza mizza

Həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və  1,233 qram metamfetamin  aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!