İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün növbəti dəfə müsahibə keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, iyunun 8-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayacaq.
Müsahibənin 08-09 iyunda keçiriləcək birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 10-19 iyun tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq. pizza hut
Qeyd edək ki, 26 yanvar – 25 fevral 2026-cı il tarixlərində sənəd qəbulu aparılan 62 vakant vəzifəyə (18 imam, 31 imam müavini, 9 dini ayinlərin icraçısı-müəzzin, 4 qadın dini ayinlərin icraçısı) 64-ü qadın olmaqla, 230 nəfərin müraciəti qeydiyyata alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun (Məhəmməd Naxçıvani küçəsi 29) binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.
Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) yerləşdiriləcək. Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.
Telegram kanalımız