Pakistanın keçmiş Baş naziri İmran Xan rəhbərlik etdiyi “Pakistan Təhrik-i-İnsaf” Partiyasının etiraz yürüşündəki hücumdan sonra hər iki ayağından yaralanıb.
Yenisabah.az “Daily Pakistan”a istinadla xəbər verir ki, bu barədə siyasətçinin yerləşdirildiyi xəstəxananın rəhbərliyi məlumat yayıb:
“Güllə sağ və sol ayağın sümüyünə dəyib”. pizza sifarişi
Həkimlərin sözlərinə görə, partiya rəhbəri xəstəxanaya aparılarkən huşsuz vəziyyətdə olub, ayaqlarında 16 xəsarət izi var.
İmran Xan noyabrın 4-də partiyasının yeni seçkilərin keçirilməsi tələbi ilə keçirdiyi etiraz yürüşü zamanı sui-qəsdə məruz qalıb.
Telegram kanalımız