“Həmin xanımı da...” - Roza haqqında yayılanları inkar etdi

saytların hazırlanması

Evə çatdırılma

“Həmin xanımı da...” - Roza haqqında yayılanları inkar etdi

Şou

21 Noyabr 2019 07:17 1658


Müğənni Roza Zərgərli “Tərəqqi” medalı alması ilə bağlı xəbəri təkzib edib. 

“Yeni Sabah” xəbər verir ki, xanım sənətçi bu haqda sosial şəbəkədə yazıb:

“Əzizlərim təbrik üçün təşəkkür edirəm, amma Allahverdiyeva Roza Cəmil qızının haqqına girmiş olursunuz. Çünki əziz media nümayəndələri, məlumat mənə aid deyil, sadəcə adımız, soyadımız eynidir. Sadəcə həmin xanım Cəmil qızı və mən Zərgər qızıyam. Həmin xanımı da təbrik edirəm və Namiq Məna, səni təbrik edirəm, əzizim. Sənin simanda bütün təltif olunanları da təbrik edirəm, hər birinizə uğurlar”.  Dominos pizza

Qeyd edək ki, dünən Prezident İlham Əliyev “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb. “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Allahverdiyeva Roza Cəmil qızı və Əliyev Namiq Həsən oğlu da olub.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!