Həsənquliyevə Naxçıvandan sərt cavab – “Hoqqabazlıq və sirk qaydaları...“

saytların hazırlanması

Evə çatdırılma

Həsənquliyevə Naxçıvandan sərt cavab – “Hoqqabazlıq və sirk qaydaları...“

Xalqın səsi

07 Fevral 2019 01:00 3432


Bu günlərdə Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevin Naxçivan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov haqda səsləndirdiyi ittihamlara cavab verilib.

“Yeni Sabah” xəbər verir ki, deputata cavabı rəsmi şəxs deyil, politoloq Anar İbrahimov verib. O, Həsənquliyevə verdiyi cavabı “Rəqəmlərlə hoqqabazlıq: sirk qaydalarını siyasətə və iqtisadiyata gətirmək kimə lazımdır?” başlığı ilə naxcivanxeberleri.com saytında yayıb. 

Politoloqun yazısından bəzi məqzmları təqdim edirik:  pizza mizza

...Əslində səsləndirdiyi fikirlərlə Qüdrət Həsənquliyev heç də yeni bir şey kəşf etməyib, sadəcə illər öncə bəzilərinin (əsasən də radikal müxalifətin və onların ətrafında olanların) səsləndirdiklərini təkrar edib. Ötəri təhlil kifayətdir ki, deputatın da iddialarının necə əsassız və məntiqsiz olduğu aşkara çıxsın. Müsahibəsində o deyir ki, Azərbaycanda 34 rayon (şəhər) dotasiya almadan büdcələrini formalaşdırır, lakin nədənsə unudur ki, muxtar respublikanın 8 inzibati rayonundan 6-sı dotasiya almır, muxtariyətin paytaxtı Naxçıvan şəhəri isə hələ 2001-ci ildən, Bakı şəhərindən sonra ölkə tarixində ikinci şəhər olaraq tam özünümaliyyələşdirmə şəraitində yaşamaqdadır.

O ki qaldı sərmayələrin cəlbi və səmərəli investisiya mühitinin formalaşmasına, burada da muxtar respublika regionlar arasında əlverişli mövqeyini qorumaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu Caspian European Clubun 2018-ci ildə ölkəmizin iqtisadi regionları üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ikinci dəfə ən yüksək bal toplayaraq lider olması bunu bir daha təsdiq edir. Bütün bunlardan şübhəli şəkildə “xəbərsiz” olan Qüdrət Həsənquliyev daha sonra qeyd edir ki: - “Öz xərclərini tam ödəyə bilməyən digər rayonlara isə cəmi 104 milyon manat dotasiya ayrılır. Naxçıvan MR iqtisadiyyatı isə yerli büdcənin gəlirlərinin cəmi 21,7%-ni təmin edir və dövlət büdcəsindən bütün digər rayonlardan 3 dəfə çox – 300 milyon 360 min manat dotasiya alır”. 

Əgər bunu sıradan bir adam desəydi, bəlkə də əhəmiyyət verməmək olardı, amma gülməli (həm də ağlamalı) hal odur ki, bu müqayisəni 16 ilin deputatı, həm də bilavasitə seçki dairəsi Naxçıvan Muxtar Respublikasında yerləşən millət vəkili, “iddialı siyasətçi” edir. Məhz buna görə məcburam ki, sadə büdcə anlayışlarını bir daha ona xatırladım, çünki burada deputat çox ciddi bir metodoloji səhv edir: - müqayisə olunmayanları qarşılaşdıraraq, nəticəyə gəlməyə çalışır. Aydındır ki, onun büdcə sistemi, büdcənin təsnifatı, oradakı əsas və funksional bölmələrinin mahiyyəti baradə anlayışı və bilikləri olduqca aşağı səviyyədədir. 

Yazısında iqdisadi rəqəmləri sadalayan müəllif daha sonra qeyd edib:

“Göründüyü kimi, real rəqəmlər heç də Qüdrət Həsənquliyevin iddia etdiyi vəziyyəti – Naxçıvanın daha çox vəsait və dotasiya aldığını göstərmir, əksinə, bir çox hallarda bu kriteriyaya görə maliyyələşmə müqayisə olunan və ondan aşağı səviyyədədir. Bu rəqəmləri müqayisə, təhlil etmək bu qədər asan, mövzu ilə bağlı məlumatlar isə açıq və əlçatan olduğu halda 16 il deputat olan bir şəxsin bunu bilməməsi həqiqətən qəribədir. Çünki bu illərdə bir deputat kimi, o ən azı 30 dəfə həmin prosedurlarda bilavasitə iştirak edib, yadımda qaldığı qədər büdcə müzakirələrinə fəal qatılan deputatlardan olub. 

Siyasət mübarizədir, bəzən bu mübarizədə proses, maraqlar, hətda kiçik inciklikər belə önə keçə bilər, lakin siyasi əxlaq və etika həmin mübarizəni sivil formada, sərhədlərdə saxlamaqla cəmiyyət üçün faydalı edə bilər. Bunun üçün azacıq səmimi və lazımı qədər məsuliyyətli olmaq lazımdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!