Heyvanlar arasında diaqnostik müayinələr aparılır

saytların hazırlanması

Evə çatdırılma

Heyvanlar arasında diaqnostik müayinələr aparılır

Rəsmi

28 Fevral 2019 17:11 934


Dövlət Baytarlıq Xidmətinin Xızı Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq Xızı rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparır.

“Yeni Sabah” xəbər verir ki, profilaktik tədbirlər 6 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 1 şəhər, 3 qəsəbə və 25 kəndində saxlanılan heyvanlar arasında aparılır. Hazırda Xızı rayonu ərazisində 9784 baş iribuynuzlu, 74272 baş xırdabuynuzlu, 684 baş təkdırnaqlı heyvan, 2569092 baş quş və 2529 arı ailəsi mövcuddur. 

Xızı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən sahibkar Cabbarov Fariz İmran oğluna məxsus təsərrüfatda 56 baş iribuynuzlu heyvan arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, rayonun ayrı-ayrı təsərrüfatlarında 9723 baş iribuynuzlu, 651 baş təkdırnaqlı heyvanda qarayara, 1654 baş sahibli itdə quduzluq, 7583 baş xırdabuynuzlu heyvanda çiçək,  15772 baş körpə cücələrdə (“Las-sota” ştammı ilə) və 13532 baş ev quşlarında (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. pizza

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 231 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 340 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.

Fevral ayının 10-dan isə Xızı rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (iribuynuzlularda A,O,“Asiya-1”, Tur-15 tiplərinə, xırdabuynuzlularda  A, O tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 3461 baş iribuynuzlu və 7814 baş xırdabuynuzlu heyvanda bu tədbir aparılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!