“Mimimum əmək haqqı, sosial müavinatlar nədən indi və nədən bu qədər artdı? Maraqlı və geniş cavab tələb edən sualdır və əsas səbəbi indi deyə bilərəm”.
“Yeni Sabah” xəbər verir ki, bunu ölkə rəhbərliyinin son addımlarına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bunlar yaxşı addımlar olsa da əslində, gecikmiş qərarlardlr və faktiki olaraq hökumət hələ indi gecəlik devalvasiyalardan əhaliyə dəyən ziyanı geri qaytarmağa başlayır: “Devalvasiyalardan öncə minimum əmək haqqı 105 manat, yəni 134 dollar idi və bu MDB məkanında yaxşı göstəricilərdən biri sayılırdı. Yeni qərarla minimum əmək haqqı 180 manat oldu, yəni 106 dollar, bəsit hesablama və obrazlı ifadə ilə hökumətin əhaliyə hələ 29 dollar, yəni 49 manat borcu qalıb - başqa sözlə indi minimum əmək haqqı azı 229 manat olmalıdır. Hələ mən bu illər ərzində inflyasiyanı nəzərə almıram.
Qısası, hökumət nəhayət ki, öz qərarı ilə getdiyi gecəlik devalvasiyaların kompensasiyasını əhaliyə ödəməyə başlayır və ölkənin bəzi indikatorlara görə xeyli düşmüş reytinqini, ən azı MDB məkanında bərpa edir”. Dominos pizza
Telegram kanalımız