Hollivud ulduzu peyvənd vurdurmayanlarla görüşmür

saytların hazırlanması

Evə çatdırılma

Hollivud ulduzu peyvənd vurdurmayanlarla görüşmür

Şou

04 Avqust 2021 14:37 1057


Hollivud ulduzu Cennifer Eniston peyvənd vurdurmağı rədd edən və ya peyvənd olub-olmadığını açıqlamayan dostları ilə görüşmədiyini bildirib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, "Instyle" jurnalına verdiyi müsahibədə həyat və karyerasından danışan 52 yaşlı aktrisa vaksinasiya ilə bağı təəssüratlarını bölüşüb.

Cennifer bu səbəbdən bəzi dostlar ilə əlaqələrini kəsmək məcburiyyətində qaldığını qeyd edib: Dominos pizza

"Hələ də vaksinasiyaya qarşı olan böyük bir qrup var. Ya da bu insanlar faktları dinləmirlər. Bu, həqiqətən utancvericidir.

Hər həftə görüşdüyüm bəzi insanlarla peyvənd vurdurmaqdan imtina etdiklərinə görə artıq görüşmürəm. Hər gün test etdirmədiyimizə görə, məlumat vermənin əxlaqlı və professional olduğuna inanıram.

Bu aldatmaqdır. Çünki hamı öz fikirlərini haqlı görür, amma bunların qorxu və təbliğatdan başqa söykəndiyi gərçəklik yoxdur".

Qeyd edək ki, may ayında peyvənd olan aktrisa özünü yaxşı hiss etdiyini bildirib. (axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!