Hüseyn Abdullayevdən son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Abdullayevdən son xəbər

Kriminal

16 Fevral 2019 13:43 1188


Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayev aclığı dayandırıb. 

H.Abdullayev fevralın əvvəlində 3 günlük aclıq aksiyası keçirib. Sabiq deputat aclıq keçirməklə beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinə onunla bağlı daxil olan sorğulara doğru cavabların verilmədiyinə etiraz edib.  

H.Abdullayevin vəkili Ruhid Əkbərov müvəkkili ilə bağlı suallara bir qayda olaraq cavab vermir. Müvəkkilinin aclığı dayandırması ilə bağlı sual da istisna olmayıb. Vəkil sualı dinləyərək cavab verməkdən imtina edib. Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci il aprelin 22-də Türkiyədə saxlanaraq Azərbaycana gətirilib. Dördpendirli pizza

Sabiq deputatın cinayət işi üzrə materialların yaxın zamanlarda məhkəməyə göndəriləcəyi haqda məlumatlar yayılıb. Bildirilir ki, istintaq yaxın zamanlarda yekunlaşacaq.

H.Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. 

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!