İcbari tibbi sığorta üzrə ödənişlərdə DƏYİŞİKLİK

saytların hazırlanması

Evə çatdırılma

İcbari tibbi sığorta üzrə ödənişlərdə DƏYİŞİKLİK

Sosial

14 Avqust 2026 15:45 145


İcbari tibbi sığorta haqlarının, həmçinin həmin sığorta ilə bağlı penya, cərimə və maliyyə sanksiyalarının vaxtında və tam məbləğdə köçürülməsinin təmin edilməsi məqsədilə ödəniş rekvizitləri yenilənib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin müraciətinə əsasən məlumat verilib.

Yenilənmiş ödəniş rekvizitləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. pizza

İcbari tibbi sığorta haqları, eləcə də həmin sığorta üzrə penya, cərimə və maliyyə sanksiyalarına dair yenilənmiş büdcə rekvizitləri ilə rəsmi internet səhifəsində təqdim olunan keçid vasitəsilə tanış olmaq mümkündür.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!