Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra hər il Novruz tonqallarını ənənəvi olaraq işğaldan azad edilmiş ərazilərdə alovlandırıb.
“Yeni Sabah” xəbər verir ki, 2021-ci ilin martın 16-da dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə tarixi zəfərdən sonrakı ilk Novruz tonqalını Şuşada, Cıdır düzündə yandırıb.
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva 2022-ci il martın 20-də bayram tonqalını Ağdərə rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində alovlandırıb. Sezar pizza
2023-cü ilin 18 mart tarixində dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Novruz bayramını Ağdərənin Talış kəndində qeyd edib və tonqalı orada yandırıb. Prezident və ailəsi daha sonra kəndin Baş planı ilə tanış olub.
Prezident İlham Əliyev 2024-cü ilin mart ayının 18-də Novruz tonqalını Xankəndi şəhərinin mərkəzindəki Zəfər meydanında alovlandırıb. Dövlət başçısı tarixi şəhərimizdən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ötənilki bayram tonqalını martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində yandırıb.
Nəhayət, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva builki Novruz tonqalını Xocavənd rayonunun Xanoba kəndində alovlandırıb. Daha sonra dövlət başçısı və birinci xanım Xanobaya qayıdan kənd sakinləri ilə görüşüb.
Nazim Hacıyev
Telegram kanalımız