Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.
“Yeni Sabah” President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif olunub. Pepperoni pizza
Qeyd edək ki, Rüstəmxanlı Sabir Xudu oğlu 1946-ci il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Xalq şairinin sabah 80 yaşı tamam olur.
Telegram kanalımız