İlham Mirzəyev: ““TikTok“da canlını “jeton“a görə açmıram, bu, mənə yaraşmaz“

saytların hazırlanması

Evə çatdırılma

İlham Mirzəyev: ““TikTok“da canlını “jeton“a görə açmıram, bu, mənə yaraşmaz“

Şou

21 Fevral 2023 17:05 992


Tanınmış aparıcı, psixoloq İlham Mirzəyevin saat 05:30 radələrində “TikTok”da canlı yayım açması sosial şəbəkələrdə tənqid edilib. Bildirilib ki, o, izləyicilərindən “jeton“ istəyir. Tanınmış şəxsin bu cür addım atması yolverilməz hesab edilib. 

İ.Mirzəyev Pravda.az-a açıqalamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, canlı yayımda heç kimdən “jeton” istəməyib: “Haqqımda o cür yazanların sözləri məni qətiyyən maraqlandırmır. Çünki “jeton”a görə canlı açmıram. İnsanlara mənəvi dəstək oluram, heç kimə də demirəm ki, mənə jeton atın. Bu, mənə yaraşmaz. Bilirsiniz ki, hazırda Türkiyədə yaşayıram. Vallah, vəziyyət heç də yaxşı deyil. Səhərə qədər də yatmamağımızın səbəbi budur. Zəlzələ bölgəsinə yaxınıq. Zəlzələyə görə oğlumla növbə ilə yatırıq. Hər an təhlükə gözlənilir. Ona görə də canlı açıram, insanlarla söhbət edirəm. Burda nə var ki? Onsuz da, zəlzələ başlayandan canlını həmin vaxt bağlayıram. Görün, o canlıda söhbət nədən gedir? İnsanlıqdan, ailələrin qorunmasından… Həmin canlıda 200 nəfər adam var idi. Yenə də sonda bağladım, heç kim canlıdan çıxmaq istəmirdi. Səmimi söhbət maraqlı olur. Söyüş yox, təhqir yox. İnsan kimi canlı açıb, söhbət edirik. “TikTok”da elə məşhurlar olmalıdır. Çünki mən heç vaxt söyüş, təhqirdən istifadə etmirəm. Vallah, gəlib söyürlər də, amma heç birinə cavab vermirəm. Kim ailəsində nə tərbiyə alıbsa, onu göstərir. Söyənlər “TikTok”da məşhur olanlardır, mənim kimi televiziyadan yayınanlar yox. İş şəklimi qoymaqla deyil, söhbətlərimi qoysunlar, görək, nədən söhbət gedir? Tanınmış, özünə dəyər verən insanlar heç kimdən hədiyyə istəmir. Hərdən kiminsə ürəyindən keçir, hədiyyə atır. Oyun oynamıram ki, bahalı hədiyyələr atsınlar. Hərdən canlı açıram, çünki efir adamları ilə hamı söhbət etmək istəyir. Yoxsa hədiyyə filan boş şeydir…”  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!