İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu ilin ilk ixrac missiyası fevralın 25-də Çin Xalq Respublikasının Pekin şəhərinə təşkil ediləcək.
“Yeni Sabah” xəbər verir ki, missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxildir.
Səfər çərçivəsində Azərbaycan iş adamları Çin şirkətlərinin məhsulların ixracına dair müzakirələr aparacaq, potensial alıcılarla görüşəcəklər. Bununla yanaşı, Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə Dəyirmi Masa və Azərbaycan şərablarının dequstasiyası təşkil olunacaq. pizza sifarişi
İxrac missiyası 1 mart tarixinədək davam edəcək.
Telegram kanalımız