Bu gün oğlunu hərbi xidmətə yola salan tanınmış teleaparıcı İlqar Mikayıloğlu Azad Azərbaycan Telekanalından (ATV) ayrılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə aparıcının özü Correct.az-saytına məlumat verib. O, bildirib ki, öz ərizəsi ilə işdən ayrılıb:
"Öz ərizəmlə işdən ayrılmışam. Sadəcə olaraq bunu deyə bilərəm ki, öz istəyimlə ayrılmışam". Marqarita pizza
Teleaparıcı digər telekanallardan iş təklifinin olub-olmaması ilə bağlı sualı isə cavablandırmaqdan imtina edib.
Xatırladaq ki, İlqar Mikayıloğlu ANS telekanalından ayrılandan sonra 2014-cü il oktyabr ATV telekanalında "Gün üzü" verilişinin aparıcısı, daha sonra isə "Xeyirə qarşı" verilişinin aparıcısı olub.
Qeyd edək ki, İlqar Mikayıloğlu keçmiş deputat Gülər Əhmədovanın qardaşıdır.
Telegram kanalımız