İmtahan nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İmtahan nəticələri açıqlandı

Sosial

26 Fevral 2019 21:14 1963


Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub.

DİM-dən “Yeni Sabah”a verilən məlumata əsasən, imtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında yerləşdirilib.  Bakalavrlar  imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub. pizza hut

Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!