Aktrisa Mehriban Xanlarova dünəndən bəri müzakirələrə səbəb olan 17 yaşlı Gülərin intihar xəbərinə münasibət bildirib.
"Yeni Sabah" bildirir ki, aktrisa “Instagram” hesabında paylaşım edərək Gülərin ailəsinə və psixoloqlara səslənib:
“Zaqatalada 17 yaşlı qız 32 yaşlı ərə verildiyi üçün nişana bir gün qalmış özünü asıb. Bu məsələdə əsas təqsirkar qızın ailəsidir! 17 yaşında nə vacib olub ki, ərə verirlər? Bu da az deyilmiş kimi özündən yaşca böyük olan kişi ilə ailə həyatı qurmağa məcbur edirlər. Həmin 32 yaşlı kişiyə demək lazımdır ki, bu böyüklükdə dünyada öz yaşına uyğun həyat yoldaşı tapa bilmədin, getdin səndən iki dəfə balaca olan qızcığazla ailə həyatı qurmaq istəyinə düşdün? Nə haqqınız vardı onun gələcəyini, həyatını, arzularını məhv etməyə? Xoşbəxt ol, bundan sonra ola bilərsənsə... Hörmətli Psixoloqlar! Üzümü sizə tutaraq demək istəyirəm ki, gənclərin, hər bir çətinlik qarşısında intihar etməyi özlərinə çıxış yolu seçmələrinin qarşısını almaq üçün öz sosial şəbəkə səhifələrinizdə paylaşımlar edin. Şərait yaradın yeniyetmələr sosial şəbəkələr vasitəsilə sizlərlə ünsiyyətdə olaraq öz problemlərini bölüşə bilsinlər. Hər şeyi madiyyata bağlamaq lazım deyil”. pizza
Aktrisa lazım gələrsə, özünün də kömək olacağını, belə yeniyetmələrin ona müraciət etmələrini bildirib:
“Burdan bütün yeniyetmə qızlarımıza səslənirəm, əgər ailəniz sizi istəmədiyiniz biri ilə ailə həyatı qurmağa məcbur edərsə, intihar etmək yolunu qətiyyən seçməyin. Lazım gəlsə, mənə müraciət edin, əlimdən gələni köməkliyi sizlərə edəcəm... Allah bu balamıza isə rəhmət etsin”.
Əsmətxanım
Telegram kanalımız