Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı da dələduzluq etmiş şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1975-ci il təvəllüdlü Tağıyev Sərməs Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Rahib Aslanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş İ.Ağazadə məhkəməyə gəlməyib. O, məhkəməyə bildirib ki, zərərçəkmişdən şikayəti yoxdur. Sabiq deputat təqsirləndirilən şəxsə kömək edilməsini də xahiş edib. pizza hut
Məhkəmənin baxış iclası martın 1-nə təyin edilib. Sərməs Tağıyev barəsində Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.b S.Tağıyev iş görmək adı ilə ayrı-ayrı şəxslərə qarşı dələduzluq edib. Zərərçəkmişlərdən biri də İ.Ağazadədir.
musavat.com
Telegram kanalımız