İran hakimiyyəti parçalanır – “Zərifin istefası Xamneyin göstərişidir”

saytların hazırlanması

Evə çatdırılma

İran hakimiyyəti parçalanır – “Zərifin istefası Xamneyin göstərişidir”

Siyasət

26 Fevral 2019 16:55 1308


Xəbər verdiyimiz kimi İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz vəzifəsindən istefa verib. O, bu haqda qərarını İnstaqram hesabında açıqlayıb. Onun istefasının təsdiq olunub olunmadığı məlum deyil. Nazir fəaliyyət göstərdiyi 67 ay müddətində vəzifəsindəki əksikliklərə görə xalqdan üzr istədiyini də qeyd edib.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a açıqlamasında deyib ki, Cavad Zərifin istefası “yuxarılar”da razılaşdırılmış qərardır:

“İran XİN başçısı Məhəmməd Cavad Zərif əsasən Qərblə münasibətlərin inkişaf etdirilməsi xəttini müdafiə edirdi. Digər tərəfdən İranda ali dini rəhbər Əli Xamneyə bağlı olan mühafizəkar kəslər Qərblə tamamilə əlaqələrin kəsilməsini istəyirlər. Düşünürəm ki, Cavad Zərifin istefası mühafizəkar kəsimin təzyiqləri, xüsusilə Xamneyin göstərişi nəticəsində baş verib. Bundan əlavə qeyd edilir ki, Suriya prezidenti Bəşər Əsədin İrana qəfil səfəri və bundan Cavad Zərifin məlumatlı olmaması istefaya səbəb olub. Bəşər Əsədin İrana səfəri haqqında məlumat verilməməsi mümkündür. M.Cavadın istefası ən yüksək dairələrdə razılaşdırıldığına görə bu haqda ona məlumat vermirlər”. pizza

M.Əsədullazadə qeyd edib ki, XİN basşçısının istefası rejim daxilində gedən problemlərin nəticəsidir:

“Bundan sonra İran siyasətində Qərblə, Amerika ilə münasibətlərin yumşalması xətti olmayacaq, mühafizəkarların mövqeyi daha da kəskin şəkildə güclənəcək. Amerika-Avropa ilə əlaqələr  Mahmud Əhməd Nejatın yürütdüyü siyasətə qayıda bilər. Qərblə kəskinləşmə siyasəti, güclü hərbiləşdirmə, regionda yenidən İranın güclənməsi, Yaxın Şərqdə hərbi əməliyyatların genişlədirilməsini müşahidə edə bilərik. 2015-ci ildə Amerika ilə bağlanmış nüvə sazişi M.Cavadın diplomatik qələbəsi kimi qiymətləndirilirdi. Göründüyü kimi nüvə anlaşması müsbət nəticəsini versə də, müəyyən müddətdən sonra Amerikanın sərt  siyasəti nəticəsində anlaşma da qüvvədən düşdü. Cavadın mövqeyi artıq zəiflədi.  Artıq İran hakimiyyətində parçalanma gedir”.

Ekspert  Həsən Ruhaninin  istefa ilə bağlı hansı addımlar ata biləcəyindən də söz açıb:

“Həsən Ruhani XİN başçısının güclü diplomatlardan biri olduğunu bilir.  Ola bilər ki, Ruhani ilə dini kəsim arasında ciddi problemlər yaransın. Çünki Ruhani komandasının islahatçı üzvünü itirmək istəməz, xoş qarşılamaz. Bunu Həsən Ruhaninin zəifləməsinə hesablanmış addım kimi də qiymətləndirmək olar. Ruhani istefanı qəbul etməyə bilər. Lakin hesab edirəm ki, məsələ ən yüksək səviyyədə qəbul edilib və Cavad Zərif artıq dini lider üçün arzuolunmaz şəxsdir. Ruhaninin istefanı qəbul etməsindən asılı olmayaraq  ali dini rəhbərin mövqeyi bəllidir”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!