İran prezidenti Zərifi müdafiə etdi, Netanyahu istefaya sevindi

saytların hazırlanması

Evə çatdırılma

İran prezidenti Zərifi müdafiə etdi, Netanyahu istefaya sevindi

Dünya

26 Fevral 2019 22:13 1025


İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifi müdafiə edib.

“Yeni Sabah” xəbər verir ki, Ruhani “Zərif ABŞ-la savaşın ön cəbhəsindədir” deyib.

Ruhani Zəriflə yanaşı, İranın neft naziri Bijen Namdar Zengene ilə İran Mərkəzi Bankının sədri Əbdünnasir Himmətiyə ABŞ-a qarşı apardıqları mübarizəyə görə təşəkkür edib. Pepperoni pizza

Digər tərəfdən İsrail Baş naziri Benjamin Netanyah Zərifin istefa xəbərini sevinclə qarşılayıb. O, sosial şəbəkə hesabında  "Zarif getdi, şükürlər olsun"- deyə bildirib.

Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz vəzifəsindən istefa verib. O, bu haqda qərarını İnstaqram hesabında açıqlayıb. Ruhani isə xarici işlər nazirinin istefasını hələ qəbul etməyib. İran parlamentinin 150 nəfər deputatı Zərifin istefasının qəbul olunmaması ilə bağlı prezidentə məktub ünvanlayıb.

Qeyd edək ki, M.Cavad 2013-cü ildən bəri İranın Xarici İşlər Naziridir. O, 1990-cı illərdən bəri müxtəlif diplomatik və hökumət vəzifələrdə işləyib. Zərif həmçinin, Beynəlxalq Münasibətlər Məktəbi və Tehran Universitetində diplomatiya və beynəlxalq təşkilatlar barədə dərslər keçən bir professordur. O, 2002–2007-ci illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi idi.

Xarici işlər naziri olduğu müddətdə Zərif İranın altılıq ölkələri ilə keçirdiyi danışıqlara rəhbərlik edib. Bu, 14 iyul 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasına gətirib çıxarıb. Müqaviləyə görə 16 yanvar 2016-cı ildə İrana qarşı sanksiyalara son qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!