Narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycanakeçirilməsinin qarşısı alınıb.
Yenisabah.az Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadla xəbər verir ki, mayın 28-də Beyləqan rayonu 1-ci Şahsevən kəndi yaxınlığında İrandan dövlət sərhədini pozmağa cəhd göstərən kənd sakinləri İbrahim Quliyev və Ceyhun Əhmədov saxlanılıb. Onlardan snayper silahları üçün nəzərdə tutulmuş 1 (bir) ədəd universal termal nişangahı aşkar edilərək götürülüb.
Bundan başqa, mayın 29-da 2-ci Şahsevən kəndi yaxınlığında dövlət sərhədini pozan Tərtər rayon sakini Kamil Tanrıverdiyev və Samux rayon sakini Ramiz İbrahimli saxlanılıblar. Dominos pizza
Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram 842 qram narkotik vasitə (9 kiloqram 812 qram marixuana və 30 qram tiryək) aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız