7 Oktyabr - 00:04
İrəvanda partlayışda ölənlərin sayı 7-yə çatdı

İrəvanda partlayışda ölənlərin sayı 7-yə çatdı

Hadisə

15 Avqust 2022 20:31 569


İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan öz Facebook səhifəsində məlumat verib.

O bildirib ki, dağıntılar altından yenicə kişi meyiti çıxarılıb.

Mətbuat katibi hazırda yeddi ölü olduğunu və axtarış-xilasetmə işləri davam etdiyini qeyd edib.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!