Əvvəllər Maraş zəlzələsini proqnozlaşdıran tanınmış türk alimi, seysmoloq Naci Görur yeni proqnozlar verib.
Yenisabah.az “Milliyet”ə istinadla xəbər verir ki, o, İstanbulun hələ də ciddi təhlükə altında olduğunu bildirib.
"Çünki Mərmərə dənizində güclü zəlzələ gözlənilir", - deyə Naci Görür vurğulayıb. Sezar pizza
O, növbəti zəlzələnin Pülümurdan çox da uzaq olmayan Erznki ərazisində baş vermə ehtimalının olduğunu vurğulayıb.
Alimin sözlərinə görə, bu iki zəlzələnin gücü 7,4 bala çata bilər.
Seysmoloq hələ də zəlzələnin dəqiq tarixini deyə bilmədiyini, lakin bunun çox da uzaqda olmadığını vurğulayıb.
Telegram kanalımız