İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır - NAZİR

saytların hazırlanması

Evə çatdırılma

İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır - NAZİR

Sosial

14 İyul 2023 16:27 941


"İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır. Ailənin maddi vəziyyətindən asılı olmayaraq həmin uşaqları vahid məktəbdə toplayıb onları rəqabətli məzmunla hazırlamaq önəmlidir". 

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. 

Nazir bildirib ki, son 7-8 ildə olimpiadalarda ən uğurlu nəticələr əldə edilib.  Dördpendirli pizza

"Təxminən 15 ilə olimpiada qalibləri olan şagirdlər Azərbaycanın ən yaxşı kadrları olacaq. Bilik və bacarıqların inkişafı milli sərvətimizdir. Bundan necə istifadədən asılı olaraq ölkənin iqtisadiyyatı, sosial inkişafı da məhz bundan asılı olacaq", - E.Əmrullayev vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!