Jurnalisti Çeçenistanda döydülər

saytların hazırlanması

Evə çatdırılma

Jurnalisti Çeçenistanda döydülər

Dünya

04 İyul 2023 16:23 1184


Rusiyanın “Novaya Qazeta” nəşrinin jurnalisti Yelena Milaşina ötən gün Qroznıda vəhşicəsinə döyülüb.

Yenisabah.az “Novaya Qazeta”ya istinadla xəbər verir ki, o, Kadırovla münaqişədə olan Zarema Musayevanın məhkəməsinin araşdırılması ilə əlaqədar Çeçenistanın paytaxtına yollanıb.

Y. Mİlaşina və vəkil Aleksandr Nemova qarşı hücum təşkil olunub. Müxbirin qolu sındırılıb, döyülüb, kəllə-beyin travması alıb və saçları qırxılıb, vəkil isə bıçaqlanıb. Onların hazırda Beslan şəhərində olduğu bildirilir. pizza

Xatırladaq ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov bir müddət əvvəl Milaşinanı “terrorçuların ortağı” adlandırmışdı.

Y. Milaşina Rusiyanın ən güclü araşdırmaçı jurnalistlərindən biridir. O, Beslanda törədilən terror aktının araşdırmasını aparıb.

“Novaya Gazeta”nın baş redaktoru Dmitri Muratov isə 2 il əvvəl Nobel mükafatına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!