Kapital Bank BirBank istifadəçiləri üçün yeni hədiyyəli müsabiqə keçirir.
“Yeni Sabah” xəbər verir ki, şərtlərə görə, sosial şəbəkə istifadəçilərinin BirBank-da topladıqları “ürəkləri” screeshoot edib, bu “ürəklər”i ən çox hansı ödənişlərdə qazandıqlarını qeyd edib, hamıya açıq formada (public) #birbank və #urekler həştəqi ilə paylaşmaq lazımdır.
13 mart saat 23:59-dək davam edəcək müsabiqənin iştirakçıları arasından 14 mart 2019-cu il tarixində təsadüfü seçim vasitəsilə 3 qalib seçiləcək. Birinci yerin sahibi iPhone 8, ikincinin sahibi iWatch 4, üçüncü yerin sahibi isə AirPods qulaqcığı qazanacaq. pizza hut
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın BirBank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.
Qeyd edək ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşulmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.
Telegram kanalımız