Keçmiş nazir yeni vəzifəyə təyin olundu
22 Yan 2021 17:03
2221

Keçmiş nazir yeni vəzifəyə təyin olundu

AMEA prezidenti Ramiz Mehdiyev sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova yüksək vəzifə verib.

Bu barədə Yenisabah.az-a AMEA-dakı etibarlı mənbə bildirib. Xəbərə görə, AMEA Rəyasət Heyətinin bugünkü iclasında akademik Ramiz Mehdiyev AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Əminağa Sadıqovu vəzifəsindən kənarlaşdırıb. 

Onun yerinə isə AMEA prezidentinin müşaviri, sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təyinat alıb. Bundan sonra o, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini daşıyacaq.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər