Kim Çen zirehli qatarla Vyetnama gəldi, Trampdan kompliment

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen zirehli qatarla Vyetnama gəldi, Trampdan kompliment

Dünya

26 Fevral 2019 13:46 1079


Şimali Koreya lideri Kim Çen İn Vyetnamın Hanoy şəhərinə səfər edib.

“Yeni Sabah” xəbər verir ki, dünya mediasının diqqətində olan bu səfər zamanı ABŞ prezidenti Donald Trampla görüşəcək. Koreya lideri Vyetnama zirehli qatarla gəlib. 2800 kilometrlik məsafəni iki yarım günlük müddətə qət edən Kim Vyetnamın Lang şəhərində eniş edib. Onu qırmızı xalçada qarşılayıblar. 

Yüksək təhlükəsizliklə qorunan prezidenti rəsmi şəxslər qarşılayıb və Kim Çen şən əhval ruhiyyədə olub. pizza

Bu arada ABŞ prezidenti Donald Tramp Kim Çen İn-lə bağlı komplimentlərlə zəngin tvit paylaşıb. O, yazıb: “Prezident Kim hər kəsdən daha yaxşı bilir ki, nüvə silahı olmadan da ölkəsi sürətlə dünyanın böyük iqtisadi güclərdən birinə çevrilə bilər. Ona görə ki, ərazisi və insanlarında (həm də özündə) hər hansı bir millətdən daha sürətlə inkişaf etmək üçün potensial var”. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!